Milli Şura ideyası Moskvadan idarə olunur
6 May 2013 18:00 SiyasətMilli Şura ideyasının tərəfdarları ilə onların Rusiyanın diqtəsinə uyğun davrandıqlarını iddia edənlər arasında qapalı ideoloji savaş başlayıb. Belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Nazim Məmmədov "OLAYLAR"-a deyib ki, hər ötən gün Milli Şuranın Rusiyaya bağlılığı özünü açıq şəkildə göstərir : "Bu məsələlər hələ yeni aşkar olanda, müşahidə və məlumatlarımıza əsaslanaraq, həmin layihənin Rusiyada hazırlandığını bildirmişdik. Hadisələrin gedişatı göstərdi ki, bu qənaətimizdə yanılmamışıq. Hər ötən gün üzə çıxan yeni detallar da əminliklə söyləməyə imkan verir ki, Milli Şura ideyası və onun reallaşdırılması prosesi Moskvadan idarə olunur".VİP rəsmisi deyib ki, onların bu və ya başqa formada Rusiyaya bağlılıqları haqqında fikir bildirənləri isə qarşı tərəf yalançı vətənpərvərlikdə ittiham edir: "Belə cəhdlərin nədən qaynaqlandığı aydındır. Həmin qüvvələr Rusiyanın təsiri altda olduqlarını gizlətmək üçün ənənəvi böhtan üsulundan istifadə edirlər. Bu düşüncə ilə də müxtəlif saytlarda anonim materiallar dərc etdirirlər. Lakin ən sadə məntiq də onların nə qədər əsassız danışdlqlarını üzə çıxarır".