Soltan bəyin həyat və fəaliyyəti öyrəniləcək
6 May 2013 13:00 SiyasətAzərbaycanın qəhrəman oglu, keçən əsrin əvvəllərində erməni hücumlarının qarşısını mərdliklə alan Soltan bəyin həyatı və fəaliyyəti ilə bağlı tədbirlər keçiriləcək. Milli Dirçəliş Hərəkatı Partiyasında "OLAYLAR"-a daxil olan məlumata görə, bu barədə qərar partiyanın Qarabağ Departamentinin toplantısında qəbul edilib. Millət vəkili Fərəc Quliyevin də iştirak etdiyi toplantıda Azərbaycan torpaqlarının planlı şəkildə işğal olunması, Qarabağ döyüşlərinin nəticələri, İtirilmiş torpaqların geri alınması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən millət vəkili Fərəc Quliyev Azərbaycanın müstəqil ölkə kimi güclənməsindən narahat olan quvvələrin aktivləşməsini narahatedici hal kimi qiymətləndirib və bütün bunlara hazırlıqlı olmağı tövsiyyə edib.