Özbəkistanda ümümmilli liderə həsr olunmuş yazı müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - müstəqil Azərbaycanın memarı" mövzusunda inşa yazı müsabiqəsi keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
İnşa yazı müsabiqəsi Daşkənddəki Nizami adına Pedaqoji İnstitutun, Daşkənd Nəqliyyat Kollecinin tələbələri və Daşkənd şəhər 147 saylı orta məktəbin şagirdləri arasında keçiriləcək. 
Müsabiqənin keçirilməsi məqsədi ilə məktəblərdə ayrılmış xüsusi qruplarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, onun həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətlərinə dair mühazirələr oxunulacaq, daha sonra isə tələbə və şagirdlər dahi şəxsiyyət haqqında öz fikir və düşüncələrini inşa yazılarında əks etdirəcəklər. İnşa yazıların rus dilində yazılması planlaşdırılır. Qaliblər Mərkəzin diplomları və pul mükafatı ilə təltif olunacaq, habelə onlar Mərkəzdə fəaliyyət göstərən rəsm, rəqs, Azərbaycan dili və musiqi dərnəklərinin birində iştirak etmək hüququ əldə edəcəklər. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00