Tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilə bilər

Xarici işlər nazirlərinin isə bu ay Krakovda görüşəcəyi gözlənilir

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkil edilməsi istisna edilmir. ANS PRESS-in Armenpress-ə istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qondarma Dağlıq Qarabağ rejminin rəhbəri Bako Saakyanla görüşündən sonra keçirdiyi mətbuat konfrası zamanı verib.

Ermənistan XİN rəhbəri may ayında Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün də mümkün ola biləcəyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00