Komitə sədri: “Təmtəraqlı təşkilat yaratmaq əsas şərt deyil”

"Milli Şuraya ehtiyac olub-olmadığını  deyə bilmirəm, amma onları kim və ya onlar kimi təmsil edir, yaxud edəcək sualı maraq doğurur". Bunu  deyən millət vəkili,  Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, təmtəraqlı təşkilat yaratmaq əsas şərt deyil: "Hər şey yaratmaq olar. Bir anın ərzində müxtəlif təmtəraqlı, dəbdəbəli adlar altında 10 dənə təşkilat yaratmaq  mümkündür, amma  bu, heç də əsas məsələ deyil. Əsas məsələ budur ki,  həmin qurumların arxasında  adamlar varmı, onların hansısa cəlbedici, ağlabatan  ideyaları, həmin ideyaların tərəfdarları varmı? Yenə deyirəm, əsas məsələ budur, söhbət əsasən bundan gedir. Amma indi yaradırlar, yaratsınlar də, baxaq görək nədir, nə olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00