Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələsindədir.

Olaylar.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

ABŞ-ın bu məsələdə Rusiyadan daha çox iş görməsi sualına münasibət bildirən D.Peskov bildirib ki, münaqişə hansısa rəqabət üçün məkan ola bilməz:

"Əlbəttə, Rusiya ATƏT Minsk qrupunun həmsədri kimi müharibəni dayandırmağa kömək edən bütün addımları alqışlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31