Aİ-nin Azərbaycandakı nümayəndə heyətinə yeni rəhbər təyin olunub

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Aİ-nin Azərbaycandakı nümyəndəliyinə yeni rəhbərin təyin olunduğunu bildirib. Bu barədə Trend Aİ-nin rəsmi saytına istinadən xəbər yayıb.
Bu vəzifəyə İsveç XİN-in baş direktorunun müavini və Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Malena Mord təyin olunub. Mord, həmçinin Rusiyada, Dəkkədə və Brüsseldə iş təcrübəsinə malikdir.
Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsini Rolan Kobia tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00