Beynəlxalq birlik Azərbaycanın haqq səsini eşitmir

"Əvvəllər olduğu kimi bugünkü günümüzdə də dünya birliyi Qarabağ faciəsini görməməzliyə vurur. Azərbaycanın haqq səsini eşitmir, ədalətli mövqeyini müdafiə etməkdən çəkinir". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi Elşən Hüseynlinin sözlərinə görə, əslində Azərbaycan Respublikası Qarabağ münaqişəsi məsələsində sonsuza qədər haqqlıdır: "Hər zaman haqqımızı tələb etmişik, ancaq bir səs-səmir çıxmayıb. Biz həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ancaq Ermənistan haqqsız olduğu halda belə sülhə razılıq vermir. Ona görə də məsələ bu yerə kimi gəlib-çıxıb. Artıq Qarabağımızın bir sıra əraziləri düşmən tapdağından azad olunub və olunur. Təbii ki, torpaqlarımızın azad olunması asanlıqla başa gəlmir. Vaxtında bizim sülh addımlarımızı rədd edən ermənilər indi dünya birliklərindən sülh dilənirlər. Artıq gecdir, biz Ali Baş Komandanımızın başçılığı və Şanlı Ordumuzun köməyi ilə tezliklə Qarabağımızın göz bəbəyi olan Şuşamıza da bayrağımızı dalğalandıracayıq. Biz vətənimiz Azərbaycanı hədsiz məhəbbətlə sevir, bu torpağın övladı kimi ona səcdə edirik.Vətənimizin azadlığı və şərəfi uğrunda canımızdan da, qanımızdan da keçməyə hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31