Azərbaycana qarşı edilən təzyiqlərin pərdəarxası məqamları
Beynəlxalq təşkilatlar Ermənistanı xilas etməyə çalışırlar
26 Oktyabr 2020 11:57 SiyasətBeynəlxalq təşkilatlar Ermənistanı xilas etməyə çalışırlar
Azərbaycan Ordusu beynəlxalq təşkilatarın 30 ildə icra edə bilmədikləri qətnamələrin icrasını təmin etməkdədir. Söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamədən gedir ki, indiyə qədər sözügedən qətnamələrin icrası bilərəkdən təmin edilməyib. Buna səbəb isə dünyanın güc mərkəzlərinin, eləcə də sulh və təhlükəsizlik məsələlərinə cavabdeh olan beynəlxalq təşkilatların maraqları imkan verməyib. Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrildikdən, işğal altında olan ərazilərinin azad edilməsinə başladıqdan sonar həmin maraqlar dərhal özünü büruzə verməyə başlayıb. Hərbi ekspertlərin açıqlamalarına görə həm canlı qüvvə, həm də hərbi texnika itirilməsi baxımından son on illiklər ərzində dünyada Ermənistan-Azərbaycan müharibəsinə bənzər dəhşətli hadisə qeydə alınmayıb. Bu o deməkdir ki, hazırda müharibənin miqyası, xüsusən insan itkisi təsəvvür olunmayacaq dərəcədə çoxdur. Lakin, buna baxmayaraq istər beynəlxalq təşkilatlar, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu öz ampulasındadır. BMT Təhlükəsizlik Şurası da daxil olmaqla vasitəçi dövlətlər Cənudi Qafqazda yalnız və yalnız öz maraqlarını güddüyündən iradə nümayiş etdirərək adi "humanitar atşkəsi" təmin edə bilmirlər. Başqa sözlə fərdi dövlət maraqları ortaq mənafeləri üstələdiyindən hər bir vasitəçi dövlət münaqişənin onun istəyinə uyğun həllinə çalışır. Təsəvvür edin ki, ATƏT-in Minsk qrupunün həmsədr dövlətləri olan Rusiya, Fransa və ABŞ ortaq məxrəcə gəlib işğalçı dövlət olan Erməistana təzyiq göstərmək niyyətindən vaz keçirlər. Hansı ki, hər üç həmsədr dövlət çox yaxşı bilir ki, atəşkəs razılaşması hər dəfə Ermənistan tərəfindən pozulub. Yeri gəlmişkən xatırladaq ki, ABŞ-ın təşəbbüsü ilə Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08.00 radələrində Ermənistanın atəşkəsə riayət etməsi barədə açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb. Qeyd edək ki, Rusiya, ardınca Fransa, sonda isə ABŞ-ın münaqişə tərəflərini atəşkəsə çağırması ona dəlalət edir ki, hər bir həmsədr dövlətin bu münaqişədə öz marağı, öz istəyi var. Əks halda həmsədr dövlətlər kimi bir araya gəlib sadəcə bəyənat verməklə kifayətlənməz, münaqişənin həlli yolunu araşdırmaqla məşğul olardılar. Hansı ki, bu yol olduqca sadədir-işğalçı dövlətə "dur" demək kifayətdir ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın.
Ancaq, görün nə baş verir, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 24-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün yekunları ilə bağlı bəyənat qəbul etməklə kifayətlənirlər. Bəyanatda həmsədrlər sadəcə münaqişə tərəflərini oktyabrın 10-da Moskvada elan edilən və oktyabrın 18-də Parisdə təsdiqlənmiş birgə bəyanatın bütün aspektlərinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa çağırıblar. Bəyanatda həmçinin bildirilib ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər. Belə məlum olur ki, həmsədrlər bu dəfə də ortaya konkret iradə qoymayıblar, işğalçı dövlətə qarşı heç bir qeyri-adi tələb irəli sürməyiblər. Heç bu vaxta qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı BMT TŞ-nın qəbul etdiyi qətnamələr Ermənistana xatırladılmayıb da. Görünür həmsədr dövlətləri Azərbaycanın öz torpaqlarını işğaldan azd etməsi hərəkəti gətirib. İndi qurum çalışır ki, nəyin bahasına olursa-olsun Ermənistanı məhv olmaq təhlükəsimdən xilas etsin. Elə bu səbədən də işğalçı dövlət olan Ermənistana deyil, Azərbaycana qarşı beynəlxalq təzyiqlər edilir. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.
Ancaq ATƏT-in Minsk qrupu da daxil olmaqla bütün beynəlxalq təşkilatlar anlamalıdır ki, söhbət ümumilikdə atəşkəsdən deyil, yalnıız humanitar atəşkəsdən gedir. Bu isə o anlama gəlməlidir ki, nə vaxta qədər ki, Erməistan öz qoşunlarını Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasına dair konkret vaxt cədvəli təqdim etməyib Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək məcburiyyətində qalacaq. Görünən isə ondan ibarətdir ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir, bundan həvəslənən bu ölkənin baş naziri Nikol Paşinyan "münaqişənin diplomatik həlli yoxdur" deyə, Azərbaycanı təhdid edir. Əgər, həmsədrlər doğrudan da münaqişənin ədalətli həllini istəyirlərsə, təmsil etdikləri ölkələr Ermənistana silah ötürməsini dayandırmalı və ən azından işğalçı dövlətdən mövcud qətnamələrin icrasını tələb etməlidirlər.
Alim
Olaylar.az