Belə çağırışlardan əvvəl ABŞ və digər həmsədirlər ilk olaraq öz əvvəlki imzalarına hörmət etməlidilər
"ABŞ -ın Dağlıq Qarabağ münaqişəsi kontekstində növbəti atəşkəslə bağlı çağırışı möhkəm sülhə qədər qan tökülməsini minimuma endirmək məqsədi güdsə də, atəşkəsə qədər Azərbaycan torpaqlarının azad edilməsinin vacibliyini özündə ehtiva etmir və bu səbəbdən də reallığa uyğun deyil." Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
26 Oktyabr 2020 11:43 Siyasət"ABŞ -ın Dağlıq Qarabağ münaqişəsi kontekstində növbəti atəşkəslə bağlı çağırışı möhkəm sülhə qədər qan tökülməsini minimuma endirmək məqsədi güdsə də, atəşkəsə qədər Azərbaycan torpaqlarının azad edilməsinin vacibliyini özündə ehtiva etmir və bu səbəbdən də reallığa uyğun deyil."
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
Aydın Quliyev qeyd edir ki, atəşkəsə qədər ABŞ-ın özünün də imzası olan 1993-cü il TŞ qətnamələrinin və yenə ABŞ-ın özünün imzası olan baza prinsiplərinin mütləq icrası ilə bağlı Ermənistanın öhdəlik götürməsi vacib olduğu halda bunlarsız atəşkəs çağırışları real nəticə doğura bilməz. Belə çağırışlardan əvvəl ABŞ və digər həmsədirlər ilk olaraq öz əvvəlki imzalarına hörmət etməlidilər.
"Azərbaycan prezidenti "Fox news" -a müsahibəsində Ermənistanın terror və etnik qisasçı dövlət mahiyyətini sübut edən fakt və mülahizələri yerində təqdim etdi. Ermənistanın terrorçu mahiyyətini göstərən təzahürlərin 27 sentyabrdan sonra daha intensiv şəkil almasına prezidentin xüsusi yer ayırması çox əhəmiyyətlidir. Prezident İlham Əliyev Ermənistan terrorunu uşaq, qadın və yaşlı sivillərin intensiv hədəfə alınması, xaricdən müzdlu qatillərin cəlb edilməsi kimi faktlar fonunda dünyaya bəyan etdi."