Ərdoğan əsəbiləşdi: "Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir ki..."
25 Oktyabr 2020 17:08 SiyasətBəzi amerikalılar İlham qardaşıma (Azərbaycan Respublikasının prezidenti - red.) zəng edib "biz sizin yanınızda kimin dayandığını bilirik. Ərdoğan var, Türkiyə var. Lazım gəlsə, sanksiya tətbiq edərik" deyirlər.
Olaylar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışında deyib.
Ərdoğan bildirib: "Biz sizə F-35 üçün addım atdıq, pulunu ödədik, siz bizim F-35-lərimizi vermədiniz. S-400-ləri Rusiyaya geri göndərməyimizi istədiniz. Biz qəbilə dövləti deyilik. Türkiyəyik, Türkiyə!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31