"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi- FOTO
24 Oktyabr 2020 17:37 Siyasət"Amerikanın səsi" Gəncəni Dağlıq Qarabağ kimi təqdim etdiyinə görə üzr istəyib.
Olaylar.az-ın məlumatına görə, radionun saytında Ermənistan Müdafiə Nazirliyinin xəbərini təqdim edən zaman guya Azərbaycan hərbiçiləri tərəfindən endirilən zərbələr nəticəsində Dağlıq Qarabağda olan mülki evlərə ziyan dəyməsi ilə bağlı xəbər yerləşdirmişdi.
Sözügedən xəbərdə Gəncədən çəkilən foto Dağlıq Qarabağ kimi təqdim edilmişdi. "Amerikanın səsi" baş vermiş səhvə görə, üzr itəyərək bildirib ki, xəbərdə olan şəkil başqası ilə əvəz edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31