Qırğızıstanda prezident seçkilərinin tarixi bilindi

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin tarixini təyin edib.

Bu barədə "RİA Novosti" xəbər yayıb.

Bildirilir ki, respublikada prezident seçkiləri 2021-ci ilin 10 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin keçirilməsi dekabrın 20-nə planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31