Ermənistanın raket atəşi nəticəsində Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub - Hikmət Hacıyev
24 Oktyabr 2020 11:35 SiyasətErmənistanın Azərbaycanın mülki əhalisinə, xüsusən də uşqalara qarşı müharibəsi davam edir.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.
H.Hacıyev qeyd edib ki, ermənilərin Tərtər rayonunu "Smerç" raketlərindən atəşə tutması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə öz evlərinin həyətində həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31