Avropa İttifaqının Azərbaycana yeni nümayəndəsi təyin edildi

Rolan Kobianı isveçli Malena Mard əvəz edəcək

İsveç diplomatı Malena Mard Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı Aİ-nin mətbuat xidməti yayıb.Malena Mard bu təyinatadək İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə departamentinin direktoru olub. O, əvvəllər Sankt-Peterburq, Dəkkə və Brüsseldəki diplomatik nümayəndəliklərdə də çalışıb.Diplomatların akkreditasiya qaydasına görə, Azərbaycana bu barədə məktub göndərilməlidir. Rəsmi Bakının təsdiqindən və bəzi inzibati proseslərdən sonra diplomat yeni vəzifəsinin icrasına başlaya bilər.Qeyd edək ki, 2009-cu ilin noyabrından Aİ-nin Azərbaycandakı nümayəndəsi olan Rolan Kobianın səlahiyyət müddəti bu il başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00