Vilayət Eyvazov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Cuniçi Vadanı qəbul edib
23 Oktyabr 2020 20:22 SiyasətAzərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib.
Qonağı salamlayan nazir yeni təyinatı münasibətilə onu təbrik edib və dəyərli fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni səfirin öz fəaliyyəti ilə Azərbaycanla Yaponiya arasındakı əlaqələrə böyük töhfələr verəcəyini və bundan sonra da iki dövlətin qarşılıqlı, faydalı əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Səmimi qəbula və təbrikə görə general-polkovnik Vilayət Eyvazova minnətdarlığını bildirən səfir Cuniçi Vada Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.