Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək
23 Oktyabr 2020 15:37 SiyasətMilli Qəhrəman Şükür Həmidovun adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.
Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışarkən deyib.
Dövlət başçısı qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31