"Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir" - Peskov
23 Oktyabr 2020 11:16 SiyasətRusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi üçün mümkün olan hər şeyi edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bununla belə, o bildirib ki, tənzimləmənin hansı formul üzrə davam edəcəyi barədə danışmaq tezdir:
"Prezident Putin əmindir ki, Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var - siyasi diplomatik tənzimləmə yolu. Prezident əvvəlki kimi tərəfləri siyasi-diplomatik həll müstəvisinə çıxarmaq üçün əlindən gələni edir. Fikrimcə, indi tənzimləmənin hansısa formulunu proqnozlaşdırmaq düzgün olmazdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31