Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
23 Oktyabr 2020 11:02 SiyasətDağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31