Azərbaycan xalqı şanlı ordumuzla fəxr edir

“Azərbaycan xalqı tarix boyu şahidi olmadığı qürur dolu anlara şahidlik edir. Rəşadətli Ordumuz hər keçən gün döyüş meydanında böyük uğurlara imza atır.

"Azərbaycan xalqı tarix boyu şahidi olmadığı qürur dolu anlara şahidlik edir. Rəşadətli Ordumuz hər keçən gün döyüş meydanında böyük uğurlara imza atır. Gün keçmir ki, Prezdient İlham Əliyev bizə cəbhədən xoş xəbərlər çatdırmasın, bu səbəbdən bu gün Azərbaycan xalqında ruh yüksəkliyi, qələbə sevinci var.  Haqq uğurunda  yola çıxdığımız bu mübarizədə zəfər qazanmağımıza çox az qalıb". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci Simranə Məmmədovanın sözlərinə görə,  bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa yenidən müraciət edərək şanlı ordumuzun uğurlarından söz açıb: "Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ordusu döyüş meydanında hər keçən gün biraz daha irəliləyir düşmən artıq ordumuzun gücü qarşısında geri çəkilmək məcburiyyətində  qalır.  Ermənistan höküməti illərdir öz xalqını inandırırdı ki, onların çox güclü, yenilməz orduları var. Cəbhədə isə kimin güclü olduğu açıq-aydın ortadır. Ermənistan ordusu bu gün sahib olduqları hərbi texnikalarını belə qorumağa qadir deyillər. Indi düşmənin qənimət olaraq ələ keçirilən tanklarını Azərbaycan ordusu döyüş meydanın da onların özlərinə qarşı istifadə edir.

Prezident İlham Əliyev böyük qürur hissi ilə  Füzuli və Cəbrayıl şəhərlərinin işğaldan azad olunan digər kəndlərinin adlarını sadaladı. Lakin, müzəffər ordumuz sadəcə  bu uğurlarla kifayətlənməyib və bu ilin 20 oktyabrın da Zəngilan şəhərini də işğaldan azad edib. Zəngilan şəhərinin azad olunması ilə ordumuz bir daha öz gücünü sübut elədi. 19 oktyabr 1993-cü il də işğal olunan Zəngilan şəhərin də 27 il sonra yenidən Azərbaycan bayrağı dalğalanır. Bu bütün Azərbaycan xalqı üçün böyük sevinc, böyük qürurdur. Prezident İlham Əliyevin də dediyi kimi "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Ali Baş Komandanın sarsılmaz iradəsi ilə şanlı ordumuz tezliklə Qarabağın hər qarış torpağın da Azərbaycan bayrağını dalğalandıracaqdır. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31