BMT-nin qətnamələrini Azərbaycan özü icra edir

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb oldu. Təxminən 30 il işğalçıların tapdağı altında qalan ərazilərdə tədricən Azərbaycan bayrağı dalğalanır. Beləliklə, Azərbaycan dövləti ərazi bütövlüyünün tamamilə bərpasına doğru gedir. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri Azərbaycan özü idarə edir. Xatırladaq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Yqri gəlmişkən qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunub.

1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

Nəhayyət Azərbaycanın həyata keçirdiyi ağır və düşünülmüş xaric siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı 4 qətnamə qəbul olundu.  Beləki, 822 sylı qətnamə 30 aprel, 1993-cü ildə Kəlbəcərin işğalından sonra qəbul edildi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 29 iyul, 1993-cü ildə 853 saylı qətnamə qəbul edildi ki, sənəddə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.  14 oktyabr, 1993-cü ildə qəbil edilən 874 saylı qətnamədə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.12 noyabr 199cü ildə qəbul edilən  884 saylı qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş  Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş  822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi. Lakin qəbul edilən asənədlərin üstündən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq onun icrası məqsədilə heç bir əməli addım atılmayıb. Artıq Azərbaycan özü beynəlxalq sənədlərin icrası qismindı çıxış edir. Millət vəkili Tahir Rzayev qeyd edib ki, Azərbaycan torpaqlarının işqala məruz qaldığı bütün dünyaya məlum olsa da və münaqişənin həlli, torpaqların qeyri-şərtsiz azad edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının mühüm qətnamələrinin olmasına baxmayaraq dövlətimiz uzun illər səbr-təmkin nümayiş etdirmiş, sülh danışıqlarına üstünlük vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın TASS informasiya Agentliyinə verdiyi müsahibədə də bir daha xatırlatmışdır ki, "Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm, beynəlxaq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejmini kobud şəkildə pozdu".  Tahir Rzayev bildirib ki, dövlətimizin başçısı bütün müsahibələrində tarixi faktlara, real göstəricilərə, gördüyü hadisələrə əsaslanır və həqiqətləri açıqlığı ilə ortaya qoyur, yalana, böhtana, saxta mülahizələrə istinad edənləri susdurmağa nail olur. Azərbaycanın həmişə sülh tərəfdarı olduğu, beynnəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə hörmətlə yanaşması, bəşəri dəyərləri üstün tutması və insanların firavanlığı, xoşbəxt həyatı uğrunda mübarizə apardığı bütün dünyaya məlumdur. Məhz buna görə də dövlət rəhbərimiz, xalqımız 30 il ümidlə yaşayıb, torpaqlarımızın azğın düşməndən təmizlənməsi üçün beynəlxalq təşkilatların, ATƏT- in Minsk qrupunun, dünya dövlətlərinin hərəkətə keçməsini, təcavüzkara təsir etməsini gözləyib. Ancaq biz gözlədiklərimizin əksini gördük. Lazımi təsir göstərilməyən Ermənistanın hərbi - siyasi rəhbərliyi azğınlaşdı, yeni torpaqlar işqal etmək həvəsinə düşdü, daimi olaraq atəşkəsi pozdu, dinc əhalimiz qətlə yetirildi, mülki obyektlərimizə, şəhər və kəndlərimizə ziyan vurub hissiyyatımızla oynamağa başladı. Sözsüz ki, Azərbaycan xalqı Ermənistan rəhbərlərinin bu yaramaz, təcavüzkar hərəkətlərinə dözə bilməzdi. Və dözmədi də, torpaqlarının işğaldan azad edilməsi istiqamətində haqq savaşına qalxdı. Hazırda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası davam etməkdədir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31