Hikmət Hacıyev: "Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir"

Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: "Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31