İnformasiya müharibəsində ən vacib fəaliyyət Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir

"Ermənistan tərəfi əsasən öz strategiyasını fake xəbərlər üzərində qurub. Azərbaycan dövləti bu siyasəti reallıq və öz ərazi bütövlüyün təmin edilməsi vacibliyi kontekstində qurub. İnformasiya müharibəsində ən vacib fəaliyyət sözsüz ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir.  Ölkə başçısı döyüşlərin aktiv fazası başlandığı dövrdən bu günə kimi dünyanın aparıcı televiziya kanallarına və informasiya agentliklərinə 17 müsahibə verib.  Bu müsahibələrin verildiyi media orqanlarının əksəriyyət ermənipərəst auditoriyanın çox olduğu ölkələri əhatə edir.  Xüsusilə qeyd etmək lazımdır ki, bu müsahibələrin üstünlüyü təkcə müsahibələrin sayında deyil, ən əsası keyfiyyətində, güclü məntiqində, beynəlxalq hüquqa əsaslanmasındadır."

Bu fikirləri Olaylar.az-a açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Təşkilat sədri qeyd edib ki, Azərbaycan Ordusunun əks hücum əməliyyatları başladığı vaxtdan informasiya müharibəsində də mübarizə daha da gərginləşib:

"Ermənistan tərəfi əsasən öz strategiyasını fake xəbərlər üzərində qurub. Azərbaycan dövləti bu siyasəti reallıq və öz ərazi bütövlüyün təmin edilməsi vacibliyi kontekstində qurub. İnformasiya müharibəsində ən vacib fəaliyyət sözsüz ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir.  Ölkə başçısı döyüşlərin aktiv fazası başlandığı dövrdən bu günə kimi dünyanın aparıcı televiziya kanallarına və informasiya agentliklərinə 17 müsahibə verib.  Bu müsahibələrin verildiyi media orqanlarının əksəriyyət ermənipərəst auditoriyanın çox olduğu ölkələri əhatə edir.  Xüsusilə qeyd etmək lazımdır ki, bu müsahibələrin üstünlüyü təkcə müsahibələrin sayında deyil, ən əsası keyfiyyətində, güclü məntiqində, beynəlxalq hüquqa əsaslanmasındadır."

Sayt rəhbəri vurğulayıb ki, fikirlərimiz təsdiq etmək üçün Ölkə başçısının "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramına və "Ria Novosti" agentliyinə verdiyi müsahibələr diqqət edə bilərik: 

"Çünki cənab prezident ilə yanaşı həmin proqramda düşmən ölkənin rəhbəri də iştirak edib.  Rusiyalı ekspertlərin də fikrincə İlham Əliyev güclü məntiqi,  sərrast və dəqiq fikirləri ilə Azərbaycanın haqlı mövqeyin yüksək səviyyədə xarici auditoriyaya çatdırdı. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə verdiyi son müsahibəsində də Azərbaycanın ərazi bütövlüyün təmin edilməsi üçün hərbi yolunun seçməsi məcburiyyətində qaldığını diqqətə çatdırılır. Bununla yanaşı ölkə başçısı hər zaman Azərbaycanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu diqqətə çatdırıb. Lakin Ermənistanın beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi vəziyyəti çətinləşdirir və döyüş meydanında Azərbaycanın daha da ciddi atımlar atmağa vadar edir.  Çünki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Cənab prezident eyni zamanda müsahibəsində Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq oluduğun vurğulayıb."

Cəsarət Hüseynzadə qeyd edir ki, amma düşmən tərəf nizamlama prosesinə vaxt qazanmaq imkanı kimi baxır:

"Bu tip nizamlanma prosesi 30 ilə yaxındır davam edir. Ölkə başçısı müsahibədə məhz bu məqama diqqəti çəkərək, vəziyyətin hələ də qaynar fazada olmasının Azərbaycanın təqsiri deyil, Ermənistanın məsuliyyətsiz addımlıları ilə bağlı olduğunu diqqətə çatdırıb. Müsahibələrində ölkə başçısı dəqiq faktlarla erməni ordusunun, əslində, fiaskoya uğradığını və. Azərbaycanın döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. Lakin Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır."

Təşkilat rəhbəri onu da vurğulayıb ki, bu təkcə Azərbaycanın mövqeyi deyil, beynəlxalq hüquqdan irəli gələn əsas prinsipdir və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarlara əsaslanır:  "Hazırkı şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü təmin edilməsi məqsədilə apardığı hərbi əməliyyatlar həm də BMT TŞ tərəfindən qəbul edilən və 30 ilə yaxın müddətə icra edilməyən qərarların icrasını təmin edir."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31