Müsavat “Milyarderlər İttifaqı” ilə qardaşlaşıb

"Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevin Azərbaycana yönəlik  təhdidlərini açıq müstəviyə keçirən Rusiyanın imperiyanı bərpa planlarına qarşı sərgilədiyi prinsipial mövqe ölkənin bəzi müxalifət qurumlarında ciddi narahatlıq doğurub. Belə olmasaydı, Kremlin Azərbaycana hədəflənmiş aqressiv planlarına qatıldıqları getdikcə daha az şübhə doğuran müxalifətdaxili müəyyən çevrələr VİP-in Azərbaycanın dövlət maraqlarına söykənən bu mövqeyini süngü ilə qarşılamazdılar". Bu barədə açıqlama "OLAYLAR"-a VİP-dən daxil olub. Açıqlamada bildirilib ki, Kremlin təlimatı ilə yaradılan "Milyarderlər ittifaqı" ilə işbirliyi quran müxalifətin məlum kəsimi VİP-in qeyd olunan mövqeyinə arqumentləşdirilmiş cavab verməyə çətinlik çəkir. Ona görə də, özlərinə xas qaydada VİP-in əleyhinə xeyli əvvəl başladıqları böhtan kampaniyasını növbəti dəfə  vüsətləndiriblər". Partiyadan bildirilib ki, Əli Əliyev mətbuata verdiyi müsahibədə müxalifətin məlum hissəsi ilə "Milyarderlər İttifaqı" arasında əməkdaşlığın  əlaqələndiriciləri olan Eldar Namazovla Rüstəm İbrahimbəyovun adını çəkib. Görünən budur ki, əsas məqsədi Azərbaycanı Rusiyanın imperiya hüdudlarına qaytarmaq olan "Milyarderlər ittifaqı" ilə qardaşlaşan Müsavat Partiyası  zaman-zaman müxalifətin əleyhinə atdıqları addımları artıq Azərbaycana qarşı yönəltmək yolunu tutublar. Dövlət və millət əleyhinə çevrilmiş fəaliyyətini pərdə arxasında saxlamağa cəhd göstərən Müsavat bu məqsədinə antiAzərbaycan planlarının qarşısında dayanan VİP və digər qüvvələrə yönəlik uğursuz böhtan kampaniyası ilə nail olacağını düşünürsə, çox yanılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00