“Freddom House” Təşkilatı hər zaman Azərbaycan əleyhinə bəyanatlarI ilə seçilir

"Fredoom House" Təşkilatı hər zaman Azərbaycan əleyhinə bəyanatlar və hesabatları ilə seçilir. Xüsusən Azərbayacanın milli maraqları ilə bağlı olan məsələlərdə təşkilat ğlkəmizə qarşı ədalətli mövqe nümayiş etdirmir". Bu fikirləri "OLAYLAR"-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "Freddom House" Təşkilatının dünya ölkələrində medianın durumu ilə bağlı  vəziyyətinə dair yaydığı hesabata münasibət bildirərkən səsləndirib. BAXCP rəsmisi deyib ki, sözügedən hesabat tam qeyri-obyektivdir. Təşkilatın azad və ya qismən azad ölkə kimi təqdim etdiyi dövlətlərin əksəriyyətindən fərqli olaraq Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, media müstəqil şəkildə fəaliyyət göstərir". Niyaməddin Orduxanlı "Freddom House" Təşkilatının hesabatını qərəzli hesab edib və bildirib ki, bu cür təşkilatlar daim Azərbaycana təzyiq üçün belə hesabatlar təqdim edirlər: "İndiyəcən görmədik ki, bu təşkilat 1 milyona yaxın soydaşımızın   hüquqlarının ermənilər tərəfindən pozulmasına dair hesabat təqdim etsin.  Eyni zamanda ermənilərin 20 fazi ərazimizi silah güçünə zəbt etdiyini yazsın. Onların nə dərəcədə onyektiv olduğu buradan görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00