Elmar Məmmədyarov Amerika general Uilyam Freyzeri qəbul edib

Cari ilin 1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla ABŞ arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə, və nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuş, əlaqələrin daha inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur. 

Tərəflər, həmçinin, 2014-cü ildə Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesində Azərbaycan ərazisindən keçən regional nəqliyyat dəhlizlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00