Azərbaycana qarşı xarici təhdidlər var
1 May 2013 18:02 Siyasət"Prezident seçkiləri ərəfəsində olan Azərbaycan bu gün xarici təhdidlərlə qarşılaşır. İndiki məqamda Azərbaycana yönələn xarici təhdidlər 1990-cı illərin Azərbaycanını xatırladır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Vahid Əhmədov səsləndirib. Seçki dönəmində ölkə mətbuatının üzərinə böyük məsuliyyət düşəcəyini deyən millət vəkili bildirib ki, kütləvi informasiya vasitələri Azərbaycanda gedən uğurlu inkişafı öz yazıları ilə dünya ictimaiyyətinə çatdırmalıdırlar: "Mətbuat bu dəfəki seçkilərdə İlham Əliyevin qələbəsini təmin etmək üçün ölkədə həyata keçriilən geniş miqyaslı quruculuq işlərini dünyaya çatdırmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00