Atatürk və Heydər Əliyev gələcək nəsillərə böyük miras qoyub

"Azərbaycanda Heydər Əliyevə olan sevgi və səmimiyyət eyni şəkildə Türkiyədə də var. Heydər Əliyevin adı Türkiyədə də böyük sevgi və ehtiramla anılır".  "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun deyib ki, Mustafa  Kamal Atatürk Türkiyə Cümhuriyyəti üçün nə qədər böyük işlər görübsə, eynisini Heydər Əliyev də Azərbaycan üçün  edib: "Mustafa Kamal Atatürk və Heydər Əliyev gələcək nəsillərə böyük bir miras, məsuliyyət qoyub. Bizim hər birimiz bu vəzifə və məsuliyyətin öhdəsindən layiqincə gəlməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00