Deputatdan üçüncü prezidentlik dövrü əleyhinə olanlara xəbərdarlıq
“Xalqın bu iradəsi artıq Konstitusiyada təsbit olunub”
1 May 2013 17:49 Siyasət"Üçüncü prezidentlik dövrü əleyhinə aparılan kompaniyalar lüzumsuz orientalardır. Çünki xalqın iradəsi artıq Konstitusiyada təsbit olunub". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, dünyada belə bir praktika mövcuddur: "Niyə ölkənin idarəetmə formasından, onun unitar, konfederativ, yaxud federal quruluşundan asılı olaraq Yunanıstanda baş nazir 9, Almaniyada 7, qardaş Türkiyədə 5 dəfə seçilə bilir, Azərbaycan prezident idarə üsulunda üçüncü şəxsə seçilmə olmaz? Nəzərə almaq lazımdır ki, bu bir yox, cəmiyyətin və toplumun haqqıdır. Bu halda kimsə bu mövqeyini hazırki dövrdə tətbiq edə, onunla bağlı hərəkət aça və beynəlxalq qüvvələrin hansısa ssenarisini həyata keçirə bilməz".