Ümummilli lider Afrikada da yaddan çıxmadı
1 May 2013 16:35 SiyasətAzərbaycanın ümummilli lideri Heydər Əliyev CAR-ın paytaxtı Pretoriada anıldı. Anım mərasimi Azərbaycanın Cənubi Afrikadakı səfirliyində qeyd edilib. Türkiyə mətbuatının məlumatına görə tədbirdə çıxış edən Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə iştirakçılara məlumat verib. Cənubi Afrikanın Azərbaycandakı ilk səfiri olmuş Tomas Viler də mərhum prezidentin dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Tədbirin sonunda iştirakçılara Heydər Əliyevin ömür yolunu əks etdirən foto sərgi təqdim edilib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00