“Sərdar Cəlaloğlu müəyyən qüvvələrə işləyən adamdır” - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Azərbaycan Milli Azadlıq Hərəkatının fəlakəti onda olub ki, Sərdar Cəlaloğlu kimi insanlar bu hərəkatın başında durublar”
1 May 2013 16:33 Siyasət"Müxalifətin heç vaxt birləşə bilməyəcəyinə gəlincə isə onu düz deyir, çünki bu proseslərdə elə özü yaxından iştirak edib. Azərbaycan müxalifətinin parçalanmasının əsasını 1988-cı illərdə Zərdüşt Əlizadə, Nemət Pənahlı, İsa Qəmbər intiriqaları qoydu və ilk parçalanma da o vaxt başladı". ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirdi ki, ADP sədrini danışdıran müəyyən qüvvələr var və Cəlaloğlu həmin qüvvələrə işləyir: "Sərdar Cəlaloğlu o vaxtı Naxçıvanda oturub haradan biləcəkdi ki, müxalifətin parçalanmasının əsasını Zərdüşt Əlizadə qoyub? Yəqin Cəlaloğlu öz xəyallarından danışır. Mən ADP sədrinin bu cür qeyri-ciddi açıqlamalarına münasibət bildirmək istəmirəm. Azərbaycan Milli Azadlıq Hərəkatının fəlakəti onda olub ki, Sərdar Cəlaloğlu kimi insanlar bu hərəkatın başında durublar. Cəlaloğlu özünü müxalifətçi kimi göstərsə də o, verdiyi bütün açıqlamaları müəyyən dairələrdən alır. Elə insanlar var ki, onun söylədiyi fikirlər Sərdar Cəlaloğlu kimiləri qıcıqlandırır. Onlar özlərini günahkar saya bilmirlərsə bu insanlar çox zəifdirlər. Eşq olsun onlara!"