YAP-ın Xaçmaz Rayon Təşkilatı ulu öndərə həsr olunmuş konfrans keçirib

YAP-ın Xaçmaz Rayon Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Xaçmaz şəhər iki saylı tam orta məktəbdə konfrans keçirib. Elmi konfransa icra hakimiyyətinin üzvləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri qatılıb. Konfransda bildirilib ki, dahi şəxsiyyət H.Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi olduqca təzadlı bir dövrə təsadüf edir. Ölkəmizin parçalanması, rəhbər strukturların özbaşınalığı, əhalinin rifah halının tamamilə dağıldığı bir vaxtda xalqın xilaskar oğlu H.Əliyev Azərbaycana sahib çıxıb. Onun məqsədyönlü siyasəti nəticəsində ölkəmiz bu bəlalardan uğurla qurtulub.

Konfransa ümummilli liderin düzgün siyasətinin nəticəsi kimi hazırda Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsindən bəhs olunub. Bildirilib ki, indi dünyanın aparıcı dövlətləri bir çox sahələrdə Azərbaycanla əməkdaşlıq edir. Ölkəmiz nüfuzlu yarışların, tədbirlərin, konfransların keçirildiyi məkana çevrilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00