“ABŞ Ermənistan vasitəsilə Azərbaycanı qıcıqlandırmağa çalışır” - RƏY
1 May 2013 14:22 Siyasət"Serj Sərkisyan daha beş il müddətinə oğurluq rıçağını əlində saxladı. 2008-ci ildən fərqli olaraq bu dəfə Serj Sərkisyanı ABŞ prezidenti də təbrik etdi. Rəzalətdir!" Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan belə deyib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, Kreml və Ağ Evin Sərkisyanı dəstəkləməsinin əsl səbəbi Cənubi Qafqazla bağlı Rusiya və ABŞ arasında xüsusi razılaşmanın olmasıdır. C.Nuriyevin sözlərinə görə Ermənistan hal-hazırda Kremlin Cənubi Qafqazdakı yeganə forpostudur. Ermənistan və İrandan həm Türkiyəyə, həm də Azərbaycana qarşı istifadə edir. Artıq Rusiyanın Gürcüstan problemi qalmayıb, ona görə də Ermənistandan sui-istifadə edir. Bu mənada həm ABŞ, həm də Rusiya Ermənistandan yararlanmağa çalışır. Serj Sərkisyanın yenidən prezident təyin edilməsində ABŞ və Rusiyanın maraqları ona görə üst-üstə düşür ki, hər ikisi səviyyəsiz və savadsız Sərkisyandan yararlanmağa səy göstərir. Amma bunun baş tutub tutmayacağını söyləmək bir qədər müəmmalıdır. ABŞ da çalışır ki, Sərkisyan vasitəsilə Ermənistanı əlində saxlasın, çünki erməni diasporası o qədər də Ağ Evin etimadlarını doğrultmur. Erməni xisləti elədir ki, onların ABŞ-ın maraqlarına ximət edəcəyi o qədər də inandırıcı deyil. Obamanın da Sərkisyanı təbrik etməsinin arasında ABŞ-ın həmin maraqları dayanır. ABŞ da Ermənistandan həm Türkiyəyə, həm də Azərbaycana qarşı istifadə edir. Rusiya və ABŞ Azərbaycanı öz təsir dairələrinə salmaq üçün işğal məsələsində Ermənistanı dəstəkləyirlər. Amerika bir növ Ermənistanı törətdiyi cinayətlərə görə qınamamaqla Azərbaycanı qıcıqlandırmağa çalışır. Yəni hər iki dövlət öz maraqlarına uyğun hərəkət etdiklərinə görə Sərkisyan dəstəklənir. Bu siyasi mübarizədə ABŞ-ın məğlub olacağı daha inandırıcıdır". ("OLAYLAR" İA)