Zeynəb Xanlarovanın ABŞ-a səfəri təxirə salına bilər

Xalq artisti Zeynəb Xanlarovanın Amerikaya səfəri təxirə salına bilər. Modern.az-ın məlumatın görə, xalq artistinin Amerika Birləşmiş Ştatlarına nəzərdə tutulan səfərinin vaxtı hələ ki, məlum deyil.
Zeynəb Xanlarovanın Modern.az-a verdiyi məlumata görə, səfərin tarixi ilə bağlı hələ ki dəqiqləşdirmələr aparılır. Xalq artisti yay aylarında istirahətdə yallanacağından səfər yay aylarına təsadüf etməyəcək.
Qeyd edək ki, Z.Xanlarovanın ABŞ-a 20 günlük səfəri çərçivəsində o, Çikaqo, Los-Ancels və San-Fransisko kimi böyük şəhərlərdə konsert proqramı ilə çıxış edəcəkdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00