Millət vəkili Qarabağa aralıq statusunun verilməsini təklif edir

"Dağlıq Qarabağa hansısa bir aralıq statusu verilməlidir". Bu təkliflə şıxış edən millət vəkili Zahid Orucun sözlərinə görə, söz yox ki, ermənilər bunu qəbul etməyəcək. Ancaq nəzərə almaq lazımdır ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində seşki elan edir, özlərinin saxta parlamentlərini qururlar: "Biz isə sadəcə bunun qanunsuz olduğunu deyirik. Bu hal gözbaxası dayanıq vəziyyətə çevrilib. Demirəm ki, Qarabağı muxtar vilayət adlandırmalıyıq, muxtar respublika saymalıyıq, amma bir aralıq statusu kimi bəyan etməliyik. Bununla orada seçkilərin keçirilmə hüququnun özümüzə məxsus olduğunu bəyan etməliyik". Onun sözlərinə görə, Qarabağda seçkilərin keçirilməsi isə başqa bir məsələdir: "Seçki günü təyin edərik, keçirmərik, yenə də bu dövlətin və millətin haqqı kimi qalar. Odur ki, çox istərdim dövlətin hüquqi-siyasi beyinləri bu məsələ üzərində düşünsünlər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00