YAP Gənclər Birliyindən yeni layihə
30 Aprel 2013 18:18 SiyasətYeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərimizin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətinin artırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Gənclər Birliyindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, "Mədəniyyətə səyahət" adlı layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclərin mütəmadi olaraq kino zallarına, teatrlara, muzeylərə ziyarətləri təşkil ediləcək. Layihənin əsas məqsədi gənclərimizin mədəniyyət ocaqlarına diqqətini artırmaqla bərabər, həm də onları muzeylərimizlə bağlı geniş məlumatlandırmaqdan ibarətdir. Artıq layihənin reallaşdırılması sahəsində ilk addım atılıb. Belə ki, YAP Gənclər Birliyinin 50 nəfərdən artıq fəal üzvü ötən bazar günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirilmiş Üzeyir Hacıbəyovun "Koroğlu" operasının premyerasına tamaşa ediblər.