Siyavuş Novruzovdan müxalifətə xəbərdarlıq
“İstəyirsiniz ki, Azərbaycanda da seçkiləri Daxili İşlər Nazirliyi keçirsin?”
30 Aprel 2013 17:55 Siyasət"Mövcud qanunvericiliyə görə, öz namizədliyini elan etmiş şəxslərin görüş keçirməsinin hüquqi əsası yoxdur". Bunu deyən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, belə görüşlərin keçirilməsi düzgün deyil: " Yalnız Mərkəzi Seçki Komissiyasının elan etdiyi gün və qeydiyyatdan sonra həmin şəxslər özlərini namizəd adlandıra bilərlər". Siyavuş Novruzov Müsavat Partiyasının rayonlarda keçirdiyi görüşlərə ironiya ilə yanaşıb: "Müxalifət rayonlara gedərkən özü ilə böyük bir dəstə aparır. Bu isə vəziyyəti gərginləşdirir. 30 nəfərlə görüşmək üçün rayonlara 100 maşın adam aparmağa ehtiyac yoxdur. Elə həmin 30 nəfəri Bakıya dəvət edərək burda da görüşmək olar".Millət vəkili müxtəlif ölkələrdə seçkinin başqa qurumların keçirdiyini vurğulayaraq müxalifətə səslənib: "Fransada seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir. İstəyirsiniz ki, Azərbaycanda da seçkiləri Daxili İşlər Nazirliyi keçirsin?"