Avropa parlamentarilərinin hərəkəti adekvat cavablandırılmalıdır

"Avropa parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın icazəsini almadan Ermənistan üzərindən və birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı, həm də adekvat cavablandırılmalıdır. Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə münasibətlərə yenidən baxılmalıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fərəc Quliyev səsləndirib. Bildirib ki,  Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıdakı səfirliklərinə etiraz notası verməlidir: "Dövlət tərəfindən sərt addımlar atılmadıqca, bir çox dövlətlər davamlı özbaşınalıq sərgiləyir.Yeri gəlmişkən Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır. Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan federal Ləzgi Milli-Muxtariyyətinin  Avropa turnesində ölkəmiz əleyhinə apardığı kompaniya zamanı Avropa təsisatlarında separatçı mövqe nümayiş olundu. Putinin numayəndəsi, RATİ-nin üzvü və Dağıstanın prezidenti səlahiyyətlərini icra edən Abdullatipovun açıq-aydın Azərbaycana qarşı bölücü çağırışları səsləndi. İndi azərbaycanlı gənclərin Moskvaya çağırılıb təlimatlandırılması xəbərləri gəlir. Əgər Rusiyanın Azərbaycandakı səfiri ölkəmizin şimal bölgələrində bölücü çağırışlarla müşayət olunan görüşləri zamanı adekvat münasibət sərgilənsəydi, yəqin ki fərqli mənzərə olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00