Müxalifətin birliyi üçün vacib amillər yetişməyib
30 Aprel 2013 17:46 Siyasət"Hazirda mövcud olan fakt ondan ibarətdir ki, müxalifət qüvvələrinin birləşməsi üçün vacib olan subyektiv amillər yoxdur". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev "OLAYLAR"-a deyib ki, müxalifıtin birliyi üçün obyektiv amillər də hələ yetişməyib: " Belə ki, Azərbaycanın hazırki iqtisadi vəziyyəti əhali ilə hakimiyyət arasında ciddi antoqonizmin olmadığından xəbər verir. Hakimiyyət, klassik iqtisadi nəzəriyyələrdə deyildiyi formada əhalinin istismar etmir. Hakimiyyətin mənimsədiyi böyük maliyyə xalqın əziyyətlə qazandığı maliyyə deyil. Bu neft və qaz gəlirləridir. Odur ki, xalqla hakimiyyət arasında birbaşa ziddiyyət hələ formalaşmayıb. Ona görə də nə obyektiv, nə də subyektiv amillər müxalifətin mübarizə motivlərini tam aydın müəyyən etmir". Partiya sədri qeyd edib ki, müxalifət partiyalarının birlik ideyası dəfələrlə gündəmə gəlsə də alınmır və yaxın 10-15 ildə hələ alınmayacaq.