Seçki müddəti siyasi partiyaları hərəkətə gətirdi

Əli Əhmədov Seçki Məcəlləsindəki dəyişikliyi dəstəklədi

"Seçki Məcəlləsinə dəyişiklik məntiqlidir". Bunu deyən millət vəkili,  YAP icra katibi Əli Əhmədovun sözlərinə görə, seçki müddətinin iki ay olması optimal qərardır: "Seçki Məcəlləsi, seçki qanunvericiliyi hansısa partiyanın seçkidə qalib gəlməsinə xidmət edən amil deyil. Praktikada nəinki 4 ay, heç 3 ay seçki keçirən ölkə də tapmaq olmur. Seçicilərə platformasını çatdırmaq məntiqi əsas götürülsə, gərək Azərbaycandan əhalisi və ərazisi 10 dəfə çox olan ölkələrdə il boyu seçki olsun. Ona görə də Azərbaycanda 2 aylıq müddət optimal bir müddətdir. Zaman dəyişib, yeni texnologiyalar yaranıb, fikirləri cəmiyyətə çatdırmaq üçün müxtəlif yollar var. Digər tərəfdən, seçicilərlə görüş keçirmək üçün yerlər var. Qanunda yerlər müəyyənləşdirilib və heç kəs bunu əngəlləmək hüqüquna malik deyil. YAP-a gəlincə, mövsümü olaraq yox, il ərzində üzvləri ilə görüşlər keçirir. Diqqətə  çatdırıram ki, YAP-ın üzvləri 600 nəfər yox, 600 min nəfərdir. Biz üzvlərimizlə görüşlər keçirir və qarşıdan gələn seçkiləri müzakirə edirik". 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00