Spikerdən avropalı deputatlara sərt mesaj
30 Aprel 2013 16:41 Siyasət"Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Dağlıq Qarabağa səfər edib və qondarma "respublika"nın parlamentində çıxışında deyib ki,"biz sizin xidmətçiləriniz və sizin əmrlərinizi gözləyirik". O, ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnu hər bir şeydən üstün saydığını söyləyib. Digər tərəfdən, fransız deputat Vaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağa səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. ". Bunu deyən Milli Məclisin sədri Oktay Əsədovun sözlərinə görə, BMT, Avropa Şurası və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, erməni işğalçılarının torpaqlarımızdan çıxması ilə bağlı qətnamələr var. Ancaq Avropa Parlamentinin bəzi deputatlarının davranışı sualları doğurur: "Mən hesab edirəm ki, bu məsələyə bütün vətənpərvər qüvvələr münasibət bildirməlidir. Xüsusən gənclər bu məsələdə aktiv oilmalı, etiraz məktubları ünvanlamalıdır". Spiker xatırladıb ki, Kaliforniya ştatının 6 deputatı Azərbaycanda olub, onlar bütün tədbirlərdə Azərbaycanın haqqını təmsil edəcəklərini deyiblər: "Kaliforniyada həmin deputatlar, komitə sədri çıxış etdi. Bir neçə gün sonra həmin komitə sədri mənə yazdı ki, üzr istəyirəm, mənim elektron poçtuma çoxlu sayda hücumlar olur, sizi daha müdafiə edə bilməyəcəyəm. Ancaq bizdə vəziyyət necədir? Mən artıq Avropa Parlamentinin sədri Şultsa məktub yazıram. Bizim bəzi saytlarımız erməni konyakından içib beyni dumanlananlardan niyə yazmır?..."