Keçmiş ACP-çidən Rəsul Quliyevə cavab
30 Aprel 2013 16:03 Siyasət"Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev heç də hakimiyyət iddiasından geri çəkilməyib. Onun liderlik etdiyi partiya hazırda ciddi şəkildə təşkilatlanır". Bu fikirləri "OLAYLAR"-a ACP-nin Ali Məclisinin keçmiş sədr müavini Feruz Quliyev eks-spikerin seçkilərdə iştirak etmək niyyətində olmaması barədə açıqlamasına münasibət bildirərkən səsləndirib. Feruz Quliyev bildirib ki, Rəsul Quliyev bununla Azərbaycan xalqı qarşısında hörmət qazanmaq istəyir: "Əslində isə o gözəl bilir ki, indiki seçkilər ərəfəsində yaradılan müxalifət qurumlarının hamısı boş şeydir, heç bir perspektivi yoxdur. Eyni zamanda onun seçkilərdə iştirak etməsi boş şeydir". Feruz Quliyevin sözlərinə görə, hakimiyyət iddiasından geri çəkilən liderin partiyası ciddi şəkildə təşkilatlanıb növbəti seçkilərə hazırlaşmaz: "Hazırda Rəsul Quliyevin partiyasında ciddi təşkilatlanma işləri gedir. Rayonlarda konfranslar keçirilir və partiyadakı bəzi dılğırlar özlərindən Ali Məclis formalaşdırırlar"