Müsavat seçki qərargahları yaradır
30 Aprel 2013 16:03 SiyasətPrezident seçkilərində iştirak edəcəyini bildirən Müsavat başqanı İsa Qəmbərin Mərkəzi Seçki Qərargahı artıq yaradılıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı deyib ki, hazırda yerlərdə Dairə Seçki Qərargahlarının yaradılması istiqamətində işlər gedir: "Artıq bu işə start verilib. Eyni zamanda seçki məntəqələri üzrə müşahidəçilərin, komissiya üzvlərinin və imza toplayacaq şəxslərin siyahılarının hazırlanması prosesi başlayıb".Gülağa Aslanlı onu da deyib ki, Müsavat Partiyası ölkə boyunca mövcud olan bütün seçki məntəqələri üzrə müşahidəçi müəyyən edib səsvermə prosesini yaxından izləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00