Kreml İrəvana ciddi təzyiqlər göstərməyə hazır deyil
Rusiya Dağlıq Qarabağın həlli üçün heç bir tədbir görməyəcək
30 Aprel 2013 15:52 SiyasətKreml İrəvana ciddi təzyiqlər göstərməyə hazır deyil və açıq şəkildə Bakıya bu haqda işarə verdi. Bunu Qloballaşdırma və Sosial Hərəkat İnstitutunun iqtisadi araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə əməkdaşlığa hazır olsa, Rusiya şirkətlərinin maraqlarına iqtisadi güzəştlər edilsə, Moskva regional mübahisələrdə neytral mövqe nümayiş etdirə bilər. "Lakin daxili iqtisadi problemlər və xarici konyunkturanın pisləşməsinə görə Rusiyanın Azərbaycanın təbii sərvətlərinə olan marağı itə bilər. Qarabağ münaqişəsi ətrafında yaxın vaxtlarda heç bir irəliləyiş əldə etməyəcək",- deyə Mərkəz rəhbəri əlavə edib. Onun sözlərinə görə, Rusiyada böhran başlayıb: "İndi hakimiyyətin əsas diqqəti ona yönəlib. Onlar Ermənistan yaxınlığında qərar veriblər. Amma problemləri Moskvaya Qafqazdakı mübahisələrdən uzaq düşməyə imkan verməyəcək".
Son vaxtlar rusiyalı ekspertlər və siyasətçilər Ermənistanı daha çox dəstəkləməyə və tez-tez Azərbaycan əleyhinə çıxışlar etməyə başlayıblar. Məlumdur ki, onlar yuxarıdan belə təlimat alıblar. Çünki yaxın vaxtlara kimi onlar susurdular. İndi isə birdən partladılar. Təbii ki, bu, Bakının Qəbələ RLS-ni rəsmi şəkildə bağlamasından sonra baş verdi. Görünür, Bakı suveren dövlətin ərazisində xarici qüvvələrin olmasını özünə yaraşdırmır. Qeyd edək ki, Moskva heç vaxt Dağlıq Qarabağın həll olunması üçün Ermənistana təzyiq göstərməyə cəhd etməyib. Bu ölkə Rusiya üçün həmişə strateji tərəfdaş və Qafqazda Rusiya qoşunlarının güclü hərbi qruplaşmalarının yerləşdiyi yeganə ölkə olub. Yeri gəlmişkən, Rusiya silahlı qüvvələri Qarabağda Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edib. Bunu Vahid Mustafayevin "Xoca" filmi bir daha xatırlatdı. Ölkələrin iqtisadiyyatlarında fərq var. Azərbaycan Rusiyanın təşkil etdiyi nə Gömrük İttifaqı, nə Avrasiya, nə də digər ittifaqlara daxil olmağa hazırlaşır. Avropa bazarına karbohidrogen xammalını nəql etmək üçün öz siyasətini yürüdür.
Dini faktoru da hesabdan silmək olmaz. Bir tərəfdə Qarabağ və ona bitişik 7 rayonu işğal edən xristian ermənilər, digər tərəfdən isə Moskvada getdikcə hücumlara daha çox məruz qalan və Azərbaycanda əsas sayılan İslam dini.
Ona görə də bir çox ekspertlər hesab edirlər ki, Rusiya gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir tədbir görməyəcək. Görünür, nə sülh, nə də müharibə olan Qafqazdakı vəziyyət Kreml siyasətçilərini qane edir.