Rüstəm İbrahimbəyov şəxsi maraqlarının müdafiəsi üçün mübarizə aparır
Hikmət Hacızadə: “Halbuki İbrahimbəyovdan fərqli olaraq bir çox insanlar bu cür risklərə getməz”
30 Aprel 2013 14:23 Siyasət"Rüstəm İbrahimbəyov şəxsi hayıf alan insan təəssüratı bağışlayır. Əvvəllər Rüstəm İbrahimbəyov susurdu, amma indi qolların çırmalayıb, siyasi proseslərə qoşulub. Şəxsi hayıflarını almaq xatirinə Azərbaycan dövlətçiliyini siyasi qumara çıxarmağa heç kəsə ixtiyar verilməyib və o arzuda olanlar da milli qüvvələrin cavabını alacaqlar!" VİP sədri Əli Əliyev mətbuata açıqlamasında belə deyib. Politoloq Hikmət Hacızadə də hesab edir ki, həqiqətən də kinodramaturq Rüstəm İbrahimbəyov hakimiyyətlə olan şəxsi problemlərinə görə siyasətə qoşulub və insanları da bu oyuna cəlb etmək niyyəti güdür: "İbrahimbəyov sadəcə olaraq Azərbaycanda hər hansı bir dəyişilik üçün yox, öz haqqlarının müdafiə olunması üçün mübarizə aparır. Halbuki İbrahimbəyovdan fərqli olaraq bir çox insanlar bu cür risklərə getməz və şəxsi maraqlara görə böyük bir ölkəni təhlükəyə atmaz". ("OLAYLAR İA")