KXCP Milli Şura ilə bağlı təkliflər verdi

Klassik Xalq Cəbhəsi Partiyası Milli Şura ilə bağlı təkliflərlə çıxış edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, KXCP  Ali Məclisi Milli Şuranın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktına imza atmış  istiqlalçı millət vəkillərindən, müstəqillik dövründə demokratik düşərgədən Milli Məclis üzvü seçilmiş millət vəkilləri və son parlament seçkilərində demokratik düşərgədən iştirak edən və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən pozulmuş haqları tanınan namizədlərdən ibarət olmaqla 125 nəfərdən təşkil olunmasını təklif edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00