Milli Şura kənardan gətirilmə ideoloji-siyasi ideyadır

Qabil Hüseynli: “Müxalifət partiyaları Milli Şura bayrağı altında birləşmək istəyilə bir növ həmişə tənqid etdiyi rus avtoritarizm və eksponsionizminə boyun əyir”

"Milli Şura və "EL" Hərəkatı kimi qurumların yaradılması müxalifətin birləşməsi üçün effekt verməyəcək. Müxalifətin öz arasında aparılan danışıqları gizlətməsi demokratiyaya arxa çevirmək deməkdir. Bu məsələlər şəffaf, aşkarlıq şəraitində, xalqın qarşısında getməlidir". ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında belə deyib. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Rüstəm İbrahimbəyovun Milli Şura kimi ideyaları indiki məqamda da müxalifətin birləşməsi üçün ümumi birlik ola bilməyəcək: "Milli Şuraya daxil olmaq istəyən müxalifət partiyaları Rusiyanın təsiri ilə hərəkətə gəliblər. Həmin müxalif təşkilatlar da Milli Şurada ruspərəst ideyanın altında birləşməyə çalışırlar. Bu amil isə müxalifətin tarixən nümayiş etdirdiyi ideyaların tam əksini nümayiş etdirir. Müxalifət partiyaları Milli Şura bayrağı altında birləşmək istəyilə bir növ həmişə tənqid etdiyi rus avtoritarizm və eksponsionizminə boyun əyir. Bu nöqteyi-nəzərdən Milli Şura kənardan gətirilmə, qibtə etdirilən, kifayət qədər yaxşı əsaslandırılmamış ideoloji-siyasi ideyadır. Müxalifət partiyalarının Milli Şura ətrafında birləşməsi Azərbaycana ziyandan başqa heç nə gətirməyəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00