Ataxan Paşayev "Şöhrət" ordeni ilə təltif edildi
29 Aprel 2013 20:06 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev A.Ə.Paşayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə Ataxan Əvəz oğlu Paşayev "Şöhrət" ordeni ilə təltif edilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00