İvanaşvili qərbdən dəstək istədi
30 Aprel 2013 05:27 SiyasətRusiya və Gürcüstan arasında 2008-ci ildə baş verən müharibədən sonra siyasi və iqtisadi münasibətlərdə normallaşma hiss olunur. Türkiyədən gələn meyvə və tərəvəzin Gürcüstan vasitəsilə Rusiyaya çatdırılmasına icazə verən Moskva bu gün də gürcü mineral suyu və şərabının ixracına icazə verib.Gürcüstan məhsullarının Azərbaycan yaxud Novorosiysk vasitəsilə Rusiyaya daşınması planlaşdırılır.
Gürcüstanın baş naziri Bidzina İvanaşvili də Rusiya ilə münasibətlərin normallaşması prosesində qərb ölkələrindən dəstək istəyib. Tiflisdə keçirilən NATO-nun sammitində çıxış edən İvanaşvili "Rusiya ilə münasibətləri yenidən qurmağa hazır olmağımızı ifadə etməyimiz bu tək başına edəcəyimiz mənasına gəlmir" deyib. İvanaşvili Rusiya ilə münasibətlərin əvvəlcə ticari, iqtisadi və mədəni sahələrdə qurulacağını bildirib.