Azərbaycan BMT-nin sessiyalarında iştirak edəcək
29 Aprel 2013 14:57 Siyasət29 aprel-03 may tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 50-ci sessiyaları keçiriləcək.
Sözügedən sessiyalarda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək. Həmçinin, tədbirlərdə nazir müavini Xələf Xələfovun çıxışları nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00